​İstanbulda törədilən terror aktları nəticəsində ölən və yaralananların sayı artıb

Region
  • 29 iyun, 2016
  • 10:29
​İstanbulda törədilən terror aktları nəticəsində ölən və yaralananların sayı artıb

Bakı. 29 iyun. REPORT.AZ/ İstanbulun Atatürk Hava Limanında törədilən terror aktı nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Xəbərə görə, yaralananların sayı da artıb. Terror aktları nəticəsində 239 nəfər yaralanıb.

Qeyd edək ki, iyunun 28-də gecə saatlarında Atatürk hava limanında terror törədilib. Hadisədən bir qədər sonra 36 nəfərin öldüyü, 147 nəfərin isə yaralandığı haqda məlumat yayılmışdı. 

44 filmi