​İstanbulda silah qaçaqmalçılığında şübhəli bilinən 87 nəfər saxlanılıb

Region
  • 01 iyul, 2016
  • 06:25
​İstanbulda silah qaçaqmalçılığında şübhəli bilinən 87 nəfər saxlanılıb

Bakı. 1 iyul. REPORT.AZ/ İstanbul polisinin keçirdiyi əməliyyat nəticəsində silah qaçaqmalçılığında şübhəli bilinən 87 nəfər saxlanılıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, saxlanılanlar Qaziosmanpaşa məhkəməsinə aparılıb.

İnfromasiyaya görə, Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Şöbəsinin əməkdaşları Türkiyənin cənub-şərq və Qaradəniz bölgələrindən qaçaqyolla "qara bazara" silah gətirildiyi haqda məlumat alıblar. Bundan sonra əməliyyat keçirilib.

Məlumata əsasən, iyunun 28-də 1500 polis əməkdaşının İstanbul, Ədirnə,Trabzon, Muş, Mardin və Şırnakda 143 ünvanda eyni vaxtda keçirdiyi əməliyyat nəticəsində 72 tapança, 16 tüfəng, 2 min 149 ədəd güllə, bir ədəd gecə görüntü durbini və müxtəlif silahların çoxlu sayda ehtiyat hissələri aşkarlanaraq, götürülüb.