Türkiyənin Bolu şəhərində iki avtobusun toqquşması nəticəsində 6 nəfər ölüb, 37 sərnişin yaralanıb

Region
  • 15 iyul, 2015
  • 07:24
Türkiyənin Bolu şəhərində iki avtobusun toqquşması nəticəsində 6 nəfər ölüb, 37 sərnişin yaralanıb

Bakı. 15 iyul. REPORT.AZ/ Türkiyədə İstanbul istiqamətində hərəkət edən iki sərnişin avtobusunun Bolu Dağın çıxış hissəsində toqquşması nəticəsində 6 nəfər ölüb, 37 sərnişin yaralanıb.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

Bolu və Düzcədən hadisə yerinə cəlb edilən çoxlu sayda təcili yardım maşınları ilə yaralılar xəstəxanalara aparılıb.

44 - Tezliklə