​İstanbulda antiterror əməliyyatı keçirilib

Region
  • 27 iyun, 2015
  • 10:20
​İstanbulda antiterror əməliyyatı keçirilib

Bakı. 27 iyun. REPORT.AZ/ İstanbulun Pendik, Bağcılar, Esenler, Sultanbeyli, Esenyurt və Sultanqazi rayonlarında eyni vaxtda radikal dinçi qruplara qarşı antiterror əməliyyatı keçirilib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Əməliyyatı polis, Milli Təhlükəsizlik Təşkilatı (MİT) birlikdə keçirib. 5 radikal dinçi silahlı həbs edilib.