​İrandan Rusiyaya ixrac edilən 20 ton xərçəng saxlanılıb

Region
  • 29 dekabr, 2015
  • 06:32
​İrandan Rusiyaya ixrac edilən 20 ton xərçəng saxlanılıb

Bakı. 29 dekabr. REPORT.AZ/ Rusiya Kənd Təsərrüfatı Məhsullarına Nəzarət İdarəsi İrandan Moskva və Tula vilayətlərinə gətirilən 20 ton dondurulmuş xərçəng saxlanılıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu haqda idarə məlumat yayıb.

Məlumata görə, sərhəd baytar-nəzarət baxışı keçirilən zaman həmin məhsulun noyabrın 7-də hazırlandığı, sənəddə isə oktyabrın 1-i yazıldığı müəyyən edilib.

Şübhəli sənədləşməyə görə, məhsul saxlanılıb.