İranda yol qəzasında 14 nəfər ölüb, 11 nəfər yaralanıb

Region
  • 29 sentyabr, 2016
  • 11:01
İranda yol qəzasında 14 nəfər ölüb, 11 nəfər yaralanıb

Bakı. 29 sentyabr. REPORT.AZ/ İranda yol qəzası nəticəsində 14 nəfər ölüb, 11 nəfər yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, qəza ölkənin cənub-şərqində yerləşən Sistan-Bəlucistan ostandarlığında baş verib.

Saravan və Xaş şəhərləri arasındakı yolda "Toyota" markalı iki avtomobil toqquşub.

Polis hadisə qurbanlarının və yaralıların hamısının Əfqanıstandan olduğunu müəyyənləşdirib. Onlar qeyri-qanuni şəkildə İran ərazisində olublar.