İranda istefada olan hərbçilər etiraz aksiyası keçiriblər

Region
  • 18 dekabr, 2018
  • 09:41
İranda istefada olan hərbçilər etiraz aksiyası keçiriblər

Bakı. 18 dekabr. REPORT.AZ/ İranda istefada olan hərbçilər təqaüdlərinin artırılması tələbi ilə aksiya keçiriblər.

“Report” İSNA-ya istinadən xəbər verir ki, bir qrup istefada olan hərbçi parlamentə gedərək 2019-cu ilin dövlət büdcəsinə və Vergi Məcəlləsinə dəyişiklik olunaraq təqaüdlərinin artırılmasını tələb ediblər.

Məlumata görə, dekabrın 18-də İran parlamentində vergi qanunvericiliyinə dəyişikliklər müzakirəyə çıxarılıb.