İranda hərbi xidmətdən yayınan gənc Türkiyə-Ermənistan sərhədini pozub

Region
  • 15 oktyabr, 2018
  • 08:25
İranda hərbi xidmətdən yayınan gənc Türkiyə-Ermənistan sərhədini pozub

Bakı. 15 oktyabr. REPORT.AZ/ İranda hərbi xidmətdən yayınan şəxs Türkiyə-Ermənistan dövlət sərhədini qanunsuz yolla keçdiyinə görə saxlanılıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, məlumatı Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı Sərhəd Qoşunları İdarəsinin mətbuat xidməti yayıb.

İran vətəndaşının üzərindən şəxsiyyətini təsdiqləyən sənəd aşkar edilməyib. O, hərbi xidmətdən yayınmaq məqsədi ilə sərhədi pozduğunu açıqlayıb.

Qeyd edək ki, Türkiyə-Ermənistan dövlət sərhədi Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı Sərhəd Qoşunları İdarəsinin hərbçiləri tərəfindən mühafizə olunur. 

Onun erməni etnik qrupunun nümayəndəsi olduğu ehtimal edilir.