​İran pilotsuz kəşfiyyat aparatını vurduğunu bəyan edib

Region
  • 22 avqust, 2015
  • 12:34
​İran pilotsuz kəşfiyyat aparatını vurduğunu bəyan edib

Bakı. 22 avqust. REPORT.AZ/ İranın Raket Hücumundan Müdafiə (RHM) Qoşunları ölkənin qərbində - Kirmanşah əyaləti istiqamətində pilotsuz uçan kəşfiyyat aparatını vurub.

"Report" xəbər verir ki, bu haqda İRNA məlumat yayıb.

"Ölkənin qərbində aparatı aşkarlayaraq vurduq", - İran RHM Qoşunlarının Kirmanşah əyalətindəki komandiri Fərzad Ferudini bildirib.

Onun sözlərinə görə, bir ildə İranın hava sərhədi 12 dəfə pozulub. Komandir vurduqları pilotsuz təyyarənin mənsubiyyətinin bilinmədiyini də vurğulayıb. 

44 - Tezliklə