​İran neftlə bağlı vəziyyəti Səudiyyə Ərəbistanı ilə müzakirə etməyə hazırdır

Region
  • 10 fevral, 2016
  • 02:33
​İran neftlə bağlı vəziyyəti Səudiyyə Ərəbistanı ilə müzakirə etməyə hazırdır

Bakı. 10 fevral. REPORT.AZ/ İranın neft naziri Bican Zanqane bildirib ki, ölkəsi Səudiyyə Ərəbistanı ilə beynəlxalq neft bazarlarındakı vəziyyəti müzakirə etməyə hazırdır.

"Report" xəbər verir ki, bu barədə "PressTV" məlumat yayıb.

"Biz OPEK-ə üzv ölkələr, eləcə də, Səudiyyə Ərəbistanı ilə istənilən şəkildə əməkdaşlıq və dialoqu dəstəkləyirik", — deyə o bildirib.

Nazirin sözlərinə görə, bəzi Fars körfəzi ölkələri aşağı qiymətləri dəstəkləməklə iqtisadi fayda əldə etməyə çalışdıqlarını bəyan etdilər. Bununla belə, o qeyd edib ki, "onların nail olmaq istədiyi qətiyyən iqtisad fayda üçün deyil".

"Möhkəm siyasi iradə olarsa, neftin qiyməti bir həftə ərzində tarazlaşar", — deyə Zanqane vurğulayıb.

Nazirin sözlərinə görə, heç bir neft istehsalçısı xammalın hazırkı qiymətlərindən fərəh hissi keçirmir, çünki bu tədarükçülərə uzunmüddətli perspektivdə ziyan vuracaq.

44 - Tezliklə