​İran irimiqyaslı hərbi təlimlərə başlayıb

Region
  • 17 noyabr, 2015
  • 10:06
​İran irimiqyaslı hərbi təlimlərə başlayıb

Bakı. 17 noyabr. REPORT.AZ/ İran Silahlı Qüvvələri bu gün ölkənin şimal-şərqində "Məhəmməd Rəsulullah (s)- 3" adlı irimiqyaslı hərbi təlimlərə başlayıb.

"Report" İran KİV-inə istinadən xəbər verir ki, ölkə Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı briqada generalı Əhmədrza Purdastan jurnalistlərə açıqlamasında bildirib ki, təlimlərin ilk günü hava əməliyyatlarından sonra qurudan havaya, qurudan-quruya top atəşləri də açılacaq.

Məlumata görə, təlimlərdə artilleriya batareyaları, quru qoşunlarının hərbi hissələri də iştirak edir.

Qeyd edək ki, hərbi manevr keçirilən ərazi Türkmənistan və Əfqanıstan sərhədinə yaxındır.