Dağıstanda 60-dan çox insan zəhərlənib
- 09 yanvar, 2019
- 23:27
Bakı. 10 yanvar. REPORT.AZ/ Dağıstanda 60-dan çox insan zəhərlənib.
"Report" TASS-a istinadən xəbər verir ki, hadisə Kazbekovsk rayonunun Leninaul kəndində baş verib.
Dağıstanın Səhiyyə Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi Zalina Murtuzaliyeva bildirib ki, yanvarın 2-dən 8-ə qədər onlarla insan zəhərlənmə əlamətləri ilə həkimlərə müraciət edib.
O, bildirib ki, həmin günlərdə zəhərlənmə əlaməti olanlardan 15-i xəstəxanaya yerləşdirilib. Zərərçəkənlər arasında 11 uşaq da olub. Hazırda 10 zərərçəkənin müalicəsi davam etdirilir. Onlardan 7-i uşaqlardır. Digər şəxslər xəstəxanadan evə buraxılıb.
Hazırda kütləvi zəhərlənmənin səbəbi müəyyənləşdirilir. Murtuzaliyevanın sözlərinə görə, virus su vasitəsilə yayıla bilər.
Qeyd edək ki, daha əvvəl də Rusiyanın Buryatiya Respublikasında, paytaxt Ulan-Ude şəhərindəki kafedə 133 nəfər qidadan zəhərlənib.