Hakimiyyəti devirməyə çağırış edən erməni keşişin 2,5 il müddətinə həbsi istənilib
Region
- 29 sentyabr, 2025
- 16:45
Ermənistanda dövlət ittihamçısı arxiyepiskop Mikael Acapaxyanın həbsdə keçirdiyi müddət çıxılmaqla 2,5 il həbs cəzasına məhkum edilməsini tələb edir.
"Report"un erməni mediasına istinadən məlumatına görə, prokuror Arman Bağdasaryan bu tələbini bugünkü məhkəmə iclasında səsləndirib.
Onun işi üzrə hökm oktyabrın 3-də çıxarılacaq.
Məhkəmə sentyabrın 24-də Ermənistan Apostol Kilsəsinin Şirak yeparxiyasının başçısı Acapaxyanı hakimiyyəti devirməyə çağırışda təqsirli bilib. O, bu ilin iyun ayının sonunda hakimiyyəti devirməyə açıq çağırış ittihamı ilə həbs edilib.
Səbəb onun köhnə müsahibələri olub ki, burada o, Ermənistanın hazırkı rəhbərliyini ölkə üçün fəlakətli kurs həyata keçirməkdə günahlandırıb və çevriliş zərurətindən danışıb.
Son xəbərlər
23:08
Tramp İranın yeni təklifini rədd edib
Digər ölkələr23:03
Lənkəranda çayxanada düşən mübahisə qanla bitib
Hadisə22:49
Keniyada daşqınlar və torpaq sürüşmələri 18 nəfər ölümünə səbəb olub
Digər ölkələr22:34
Lerikdə ildırım vuran gənc ölüb
Hadisə22:24
Almaniya Müdafiə Nazirliyində 111 milyard avroluq müəmma
Digər ölkələr22:03
Livan Səhiyyə Nazirliyi: İsrailin hücumları nəticəsində 2 679 nəfər həlak olub
Digər ölkələr21:45
Skott Bessent: İran neft quyularını bağlamalı olacaq
Energetika21:38
Malatyada avtobus aşıb, ölənlər və yaralılar var
Hadisə21:29