Türkiyə XİN başçısı: “Ukraynadakı müharibənin başa çatması üçün səylərimizi davam etdirəcəyik”

Region
  • 07 avqust, 2023
  • 08:05
Türkiyə XİN başçısı: “Ukraynadakı müharibənin başa çatması üçün səylərimizi davam etdirəcəyik”
Hakan Fidan

“Ukraynadakı müharibənin başa çatması üçün səylərimizi davam etdirəcəyik”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada keçirilən XIV səfirlər konfransının açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, döyüşlərin şiddətlənməsi narahatedicidir.

XİN başçısı Türkiyənin “Taxıl sazişi”nin bərpası üçün çalışacağını vurğulayıb.

"Bunu bacaran yeganə ölkə Türkiyədir", - H.Fidan əlavə edib.