Hakan Fidan Sergey Şoyqu ilə görüşüb, "Taxıl sazişi"ni müzakirə ediblər
- 01 sentyabr, 2023
- 15:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşüb.
"Report" xəbər verir ki, görüş zamanı "Taxıl sazişi" müzakirə olunub.
Tərəflər, həmçinin Suriyada birgə işi müzakirə ediblər.
Görüş zamanı S.Şoyqu vurğulayıb ki, son aylar üzərində çox çalışılan "Taxıl sazişi" Prezident Rəcəb Tayyib Ərdoğanın təşəbbüsləri ilə həyata keçirilib: "Bu müqavilə Rusiyanın günahı üzündən dayandırılmayıb. Əgər Rusiyaya vəd edilən hər şey yerinə yetirilərsə, müqavilənin müddəti uzadılacaq. Fəqət, bu, yeni marşrutlar yaratmaqdan daha çətin görünür”.
H.Fidan isə öz növbəsində qeyd edib: “Biz uzun illərdir ki, sizinlə ən kritik məsələlərdə uğurla işləyirik və həmişə siyasi yetkinlik nümayiş etdirmişik. Bu, Rusiya ilə Türkiyə arasındakı münasibətlərin nə qədər dərin və strateji cəhətdən uyğun olduğunu bizə göstərir”.