Gürcüstanın XİN başçısı Türkiyəyə gedir, regional məsələlər müzakirə ediləcək

Region
  • 14 fevral, 2024
  • 12:56
Gürcüstanın XİN başçısı Türkiyəyə gedir, regional məsələlər müzakirə ediləcək

Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili bu gün Türkiyəyə gedir.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Qeyd olunub ki, o, həmkarı Hakan Fidanla görüşəcək.

Nazirlər ikitərəfli məsələlərlə yanaşı, gündəlikdə olan regional və qlobal məsələlər barədə də danışacaqlar.

44 filmi