Gürcüstanın xarici ticarət dövriyyəsi azalıb
Region
- 13 avqust, 2019
- 07:05
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyul aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi 7 mlrd. 065,4 mln. dollar təşkil edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Ötən ilin analoji dövrü ilə müqayisədə qonşu ölkənin xarici ticarət dövriyyəsi 0,2% azalıb.
Hesabat dövründə Gürcüstanın ixracı illik müqayisədə 12.3% artaraq 2 mlrd. 102,0 mln. dollar, idxalı isə 4,7% azalaraq 4 mlrd. 963,4 mln. dollar təşkil edib.
Ticarət kəsiri isə 2 mlrd. 861,4 mln. dollar olub ki, bunun da ümumi ticarət dövriyyəsindəki payı 40,5%-ə bərabər olub.
Son xəbərlər
20:35
Suriya İraq neftinin daşınması üçün Hörmüz boğazına alternativ təklif edir
Digər ölkələr20:26
Lerikdə iki qəzada üç nəfər ağır xəsarət alıb
Hadisə20:22
Nunyes: Fransada etirazlar başlayandan bəri 6 mindən çox şəxs saxlanılıb
Digər ölkələr20:09
Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb
Digər ölkələr19:59
Zelim Tçkayev: "Finaldakı rəqibim güclü idi"
Fərdi19:59
Foto
Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur
Mədəniyyət siyasəti19:51
Azərbaycan ekoloji çağırışlar və Xəzər dənizinin dayazlaşmasını qabardıb
Xarici siyasət19:34
Video
AAYDA: Sel və sürüşmədən zərər görmüş Altıağac–Xızı yolunda operativ bərpa tədbirləri həyata keçirilir
İnfrastruktur19:19