Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

Digər ölkələr
  • 07 oktyabr, 2026
  • 20:09
Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

Britaniya kral ailəsinin həkim-terapevti Hanna Terri Böyük Britaniyanın şərqindəki Norfolk qraflığında yerləşən Sandrinqem malikanəsinin kənarındakı evində ölü tapılıb.

"Report" "The Sun"a istinadən xəbər verir ki, 45 yaşlı Terrinin meyiti oktyabrın 4-də aşkar edilib.

Nəşrin məlumatına görə, qadının ölümü başına küt əşya ilə endirilən zərbə nəticəsində baş verib. Onun qətlində əri - hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Mark Keyn ittiham olunur.

Hanna Terri Britaniya kral ailəsinin yüksək rütbəli üzvlərini onların Sandrinqem malikanəsində qaldıqları müddətdə müalicə edirdi.

"The Sun" nəşrinin mənbələrinin sözlərinə görə, Böyük Britaniya Kralı III Çarlz və kraliça Kamillaya həkimin ölümü barədə məlumat verilib.

44 - Tezliklə