Gürcüstanın xarici ticarət dövriyyəsi 9 ayda 20,5 milyard dolları ötüb

Region
  • 13 oktyabr, 2026
  • 11:37
Gürcüstanın xarici ticarət dövriyyəsi 9 ayda 20,5 milyard dolları ötüb

Gürcüstanın xarici ticarət dövriyyəsi 2026-cı ilin yanvar-sentyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 % artaraq 20,53 milyard ABŞ dollarına çatıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ilkin ticarət statistikası məlumatlarında bildirilib. Göstəriciyə bəyan edilməmiş ticarət daxil deyil.

Hesabat dövründə Gürcüstanın ixracı 19,6 % artaraq 6,15 milyard dollar, idxalı isə 5,3 % artaraq 14,38 milyard dollar təşkil edib.

Nəticədə ölkənin mənfi ticarət saldosu 8,23 milyard dollara çatıb. Bu göstərici ümumi xarici ticarət dövriyyəsinin 40,1 %-nə bərabər olub.