Gürcüstanın keçmiş müdafiə naziri Prezident Sarayına hücum təşkilinə görə saxlanılıb

Region
  • 25 dekabr, 2025
  • 21:25
Gürcüstanın keçmiş müdafiə naziri Prezident Sarayına hücum təşkilinə görə saxlanılıb

Gürcüstanın keçmiş müdafiə naziri Baço Axalaya oktyabrın 4-də Tbilisidə zorakı etiraz aksiyası və Prezident Sarayına hücum təşkil etməkdə təqsirləndirilərək saxlanılıb.

"Report" "Sputnik-Georgia"ya istinadən xəbər verir ki, bu barədə ölkənin Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

İş üzrə onun həyat yoldaşı da saxlanılıb, lakin bu mərhələdə o, sərbəst buraxılıb.

"Hakim qərarı əsasında götürülmüş məlumatların işlənməsi nəticəsində müəyyən edilib ki, 4 oktyabr tarixində cinayət hadisələri zamanı Axalaya internet vasitəsilə bu hadisələri idarə edib və əsas təşkilatçı olub. O, həmçinin mobil tətbiqlər vasitəsilə bu iş üzrə əvvəllər saxlanılan Burçuladze, Zodelava, Nadiradze, Mancqaladze və Beridze ilə dəfələrlə əlaqə saxlayıb. Təqsirləndirilən şəxslər etiraz aksiyasının keçirilməsi planını müzakirə ediblər", - Gürcüstan DTX-nin brifinqində bildirilib.

Xatırladaq ki, oktyabrın 5-də Gürcüstanın Daxili İşlər Nazirliyi Paata Burçuladze, Murtaza Zodelava, İrakli Nadiradze, Paata Mandjqaladze və Laşa Beridzeni hakimiyyəti zorla ələ keçirməyə çağırış ittihamı ilə həbs edib.

Son xəbərlər

Bütün Xəbər Lenti