Gürcüstanın hakim partiyası: “Baş nazirin istefası istisna edilir”

Region
  • 22 iyun, 2022
  • 10:45
Gürcüstanın hakim partiyası: “Baş nazirin istefası istisna edilir”
İrakli Qaribaşvili

Gürcüstanın hakim Gürcü Arzusu Partiyası Baş nazir İrakli Qaribaşvilinin istefa verəcəyini istisna edir.

“Report”un yerli bürosunun xəbərinə görə, bu barədə partiyanın sədri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.

O, media mənsublarının bu məsələ ilə bağlı sualını absurd adlandırıb.

İ.Kobaxidze qeyd edib ki, bu gün Gürcüstan hakimiyyətinin gündəliyində duran əsas məsələlər əmin-amanlıq, iqtisadi tərəqqi və inkişafdır.

44 - Tezliklə