Gürcüstanda xüsusi əməliyyat keçirilib, 20-yə yaxın şəxs saxlanılıb

Region
  • 02 mart, 2019
  • 09:39
Gürcüstanda xüsusi əməliyyat keçirilib, 20-yə yaxın şəxs saxlanılıb

Tbilisi. 2 mart. REPORT.AZ/ Gürcüstanın Poti və Senaki şəhərlərində polis xüsusi əməliyyat keçirib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, nəticədə 20-yə yaxın şəxs saxlanılıb.

Saxlanılan şəxslər polis bölməsinə aparılıblar. Onların evlərində axtarışlar həyata keçirilib.

Xüsusi əməliyyatın detalları barədə hələ məlumat verilmir.

Saxlanılan şəxslərin kriminal aləmlə əlaqəli olduqları bildirilir.