Gürcüstanda xaricdən maliyyələşən QHT və media orqanı xüsusi reyestrdə qeydiyyata alınacaq

Region
  • 30 iyul, 2024
  • 08:02
Gürcüstanda xaricdən maliyyələşən QHT və media orqanı xüsusi reyestrdə qeydiyyata alınacaq

Gürcüstanda xaricdən maliyyələşən QHT və media avqustun 1-dən etibarən xüsusi reyestrdə qeydiyyata düşməyə başlayacaq.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu ölkənin ədliyyə naziri Rati Breqadze deyib.

Onun sözlərinə görə, “Xarici təsirin şəffaflığı haqqında” qanun çərçivəsində təşkilatların qeydiyyatı üçün texniki baza artıq yaradılıb.