Gürcüstanda təxribat üçün nəzərdə tutulmuş silah və partlayıcı maddələr aşkarlanıb

Region
  • 05 oktyabr, 2025
  • 19:23
Gürcüstanda təxribat üçün nəzərdə tutulmuş silah və partlayıcı maddələr aşkarlanıb

Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları Tbilisi yaxınlığında oktyabrın 4-də baş vermiş iğtişaşlarda istifadə üçün nəzərdə tutulmuş külli miqdarda silah-sursat anbarı aşkar ediblər.

"Report"un yerli bürosu xəbər verir ki, bunu brifinqdə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) rəhbərinin birinci müavini Laşa Maqradze deyib.

Onun sözlərinə görə, xidmətin məlumat əsasında apardığı əməliyyat-axtarış tədbirləri zamanı külli miqdarda odlu silah, döyüş sursatı, detonatorlu partlayıcı maddə aşkar edilib.

"Təhlükəsizlik xidmətləri partlayıcının işə salınması üçün nəzərdə tutulan detonatoru hazırlayan şəxsi saxlayıb. Gürcüstan vətəndaşı B. Ç. axtarışda olanlar siyahısına salınacaq. Artıq onun evində axtarış aparılıb, nəticədə telefonu tapılıb. Onun üzərində əsas sübutlardan biri - adamın əldə etdiyi silah və partlayıcı maddələr haqqında məlumat verdiyi bir neçə video yazı tapılıb".

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Cinayəti törətmiş digər şəxslərin müəyyən edilərək tutulması istiqamətində intensiv əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Bütün Xəbər Lenti