Gürcüstanda sabiq nazir müavini sui-qəsd nəticəsində komaya düşüb

Region
  • 29 avqust, 2015
  • 19:55
Gürcüstanda sabiq nazir müavini sui-qəsd nəticəsində komaya düşüb

Bakı. 30 avqust. REPORT.AZ/ Gürcüstan daxili işlər nazirinin keçmiş müavini Levan Qvazava sui-qəsd nəticəsində komaya düşüb.

"Report" "İntefaks" agentliyinə istinadən xəbər verir ki, sui-qəsd paytaxt Tbilisi yaxınlığında baş verib.

Hadisə zamanı baş nahiyyəsindən ağır yaralanan Qvazava ilə birlikdə olan qohumu Rezo Kalomletsavi dünyasını dəyişib.

Komaya düşən Qvazava isə süni tənəffüs apparatına qoşulub.