​Gürcüstanda NATO-nun təlim-məşq mərkəzi açılır

Region
  • 21 avqust, 2015
  • 12:53
​Gürcüstanda NATO-nun təlim-məşq mərkəzi açılır

Bakı. 21 avqust. REPORT.AZ/ NATO ilə Gürcüstanın birgə təlim-məşq mərkəzi avqustun 27-də açılacaq.

"Report" xəbər verir ki, bu haqda Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, mərkəzin rəsmi açılışı NATO-nun baş katibi Yens Stoltenberqin ölkəyə səfəri çərçivəsində gerçəkləşəcək. Avqustun 26-27-də baş katibin bu ölkəyə rəsmi səfəri planlaşdırılıb.

Gürcüstanın Krtsanis təlim-məşq mərkəzində hərbçilərin andiçmə mərasimi də keçiriləcək.

Mərkəzin açılması Gürcüstanın NATO-ya üzv olmağa səy göstərməsi haqda tədbirlər paketi 2014-cü il sentyabrın 4-5-də NATO-nun Uelsdə keçirilən sammitində qəbul olunub.

Həmin sənədə əsasən, mərkəz alyans və NATO-nun müttəfiq dövlətləri hərbçilərinin təlim keçməsi üçün nəzərdə tutulub.