Gürcüstanda müxalif telekanalın rəhbəri həbs olunub
Region
- 16 may, 2022
- 06:47
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstanın müxalif “Mtavari arxi” televiziya kanalının təsisçisi və direktoru Nika Qvaramiya 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə qərarı Tbilisi Şəhər Məhkəməsi qəbul edib.
N.Qvaramiya məhkəmə zalında həbs edilib. O, günahsız olduğunu bildirib.
Qeyd edək ki, N.Qvaramiya “Rustavi 2” telekanalının keçmiş baş direktorudur. O, bu teleşirkətə məxsus külli miqdarda pul vəsaitləri və əmlakın qanunsuz mənimsənilməsində, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunurdu. Jurnalist 2019-cu ilin iyulunda telekanalın sahibi dəyişəndən sonra baş direktor vəzifəsindən istefa verib, avqustunda “Mtavari arxi” telekanalını təsis edib.
Son xəbərlər
10:53
Foto
Azərbaycan COP31-də "yaşıl enerji" layihələrində əməkdaşlığı müzakirə edib
Energetika
10:52
Pirşağı–Novxanı–Xırdalan–M-4 avtomobil yolunun inşası ilə bağlı son vəziyyət açıqlanıb
İnfrastruktur
10:48
Foto
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
Fərdi
10:47
Şamaxıda 50 yaşlı qadın su çəninə düşərək boğulub
Hadisə
10:45
Lənkəranda kişi arvadının vurduğu iynədən şoka düşərək ölüb
Hadisə
10:43
Lökbatanda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
Hadisə
10:36
DSMF: 10 ayda 123 mindən çox şəxsə proaktiv qaydada sosial müavinət təyin olunub
Maliyyə
10:35
Qazaxıstanla Türkiyə xəstəxanaların inşası və dərman istehsalı barədə razılığa gəlib
Biznes
10:32
Gürcüstanın Azərbaycandan pendir və kəsmik idxalına çəkdiyi xərc 55 % artıb
Biznes