Qazaxıstanla Türkiyə xəstəxanaların inşası və dərman istehsalı barədə razılığa gəlib

Biznes
  • 11 noyabr, 2026
  • 10:35
Qazaxıstanla Türkiyə xəstəxanaların inşası və dərman istehsalı barədə razılığa gəlib

Qazaxıstan və Türkiyə tibb infrastrukturunun inkişafını, əczaçılıq istehsalını və müasir texnologiyaların tətbiqini nəzərdə tutan 2027–2028-ci illər üçün səhiyyə sahəsində Əməkdaşlıq Planı imzalayıblar.

"Report"un Qazaxıstan bürosunun bu ölkənin Səhiyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, sənəd Antalyada keçirilən COP31 beynəlxalq konfransı çərçivəsində imzalanıb.

Sənədi Qazaxıstanın səhiyyə naziri Akmaral Alnazarova və türkiyəli həmkarı Kemal Memişoğlu imzalayıblar.

Əməkdaşlığın istiqamətlərindən biri yeni tibb müəssisələrinin tikintisi olacaq. Xüsusilə, Türkiyə şirkətlərinin iştirakı ilə Kökşetauda 630 çarpayılıq çoxprofilli xəstəxana inşa ediləcək. Türküstan və Petropavlovskda da oxşar layihələr nəzərdə tutulub.

Tərəflər əczaçılıq sənayesinin inkişafına xüsusi diqqət yetiriblər. Qazaxıstanda dərman preparatları və əczaçılıq komponentləri istehsalının yaradılmasına dair Türkiyə şirkətləri ilə iki böyük investisiya sazişi imzalanıb.

44 filmi