Gürcüstanda koronavirusa 1 310 yeni yoluxma qeydə alınıb, 12 nəfər ölüb

Region
  • 21 aprel, 2021
  • 06:50
Gürcüstanda koronavirusa 1 310 yeni yoluxma qeydə alınıb, 12 nəfər ölüb

Gürcüstanda ötən sutkada daha 1 310 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 12 pasiyent vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 299 038-ə, ölənlərin sayı isə 3 971-ə yüksəlib.

Son 24 saat ərzində sağalanların sayı 632 nəfər artaraq 282 869 olub.

44 - Tezliklə