Gürcüstanda koronavirusa 1 233 yeni yoluxma qeydə alınıb, 31 nəfər ölüb

Region
  • 01 iyun, 2021
  • 06:54
Gürcüstanda koronavirusa 1 233 yeni yoluxma qeydə alınıb, 31 nəfər ölüb

Gürcüstanda son sutkada koronavirusa 1 233 yeni yoluxma halı təsdiqlənib, 1 002 nəfər sağalaraq evə buraxılıb, 31 pasiyent vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 345 196 nəfərdə aşkarlanıb, onların 328 620-si sağalıb, 4 804-ü ölüb.

Ötən 24 saat ərzində 32 930 test yoxlaması aparılıb.