Gürcüstanda kibercinayətkarlıqla mübarizə polisi yaradılacaq
Region
- 22 dekabr, 2020
- 12:33
Gürcüstanın bütün iri şəhərlərində kibercinayətkarlıqla mübarizə üzrə polis bölmələri yaradılacaq.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri vəzifəsini icra edən Vaxtanq Qomelauri parlamentdə dinləmələr zamanı bildirib.
Onun sözlərinə görə, bölmələr xüsusi proqram təminatı və texniki vasitələrlə təchiz olunacaq: “Kibercinayətkarlıqla mübarizənin effektivliyini artırmaq məqsədilə qanunvericilik bazası gücləndiriləcək, Avropa və ABŞ-ın cinayətkarlığın bu növü ilə mübarizədə aparıcı qurumları ilə operativ əməkdaşlıq dərinləşdiriləcək”.
Qeyd edək ki, bu il qonşu ölkədə 152 kibercinayətkar saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub. İllik müqayisədə bu kateqoriyaya aid qanunsuz əməllərin sayı 24 % artıb.
Son xəbərlər
11:31
ABŞ Dövlət Departamenti: Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir
Maliyyə11:21
"Atletiko" dünya çempionu olmuş Kristian Romeronu heyətinə qatıb
Futbol11:20
Foto
Bakının əsas küçə və prospektləri yuyulub
Daxili siyasət11:09
Azərbaycan XİN Konqonu Milli Günü münasibətilə təbrik edib
Xarici siyasət11:01
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb
İnfrastruktur10:42
Video
Hövsanda mağazanın tavanı çöküb, xəsarət alan var
Hadisə10:39
Ötən gün vətəndaşlardan qanunsuz saxlanılan 7 silah götürülüb
Daxili siyasət10:39
Niderland millisinin futbolçusu Kodi Qakpo "Tottenhem"ə keçməyə yaxındır
Futbol10:32
Foto
Video