Gürcüstanda “donuz qripi”nə yoluxma halları azalır
Region
- 28 yanvar, 2019
- 08:54
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Tbilisi. 28 yanvar. REPORT.AZ/ Gürcüstanda qrip virusuna yoluxma halları azalır.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Son məlumatlara əsasən, ölkədə 100 min sakinə 249 yoluxma halı düşür: “Ötən həftə bu göstərici 251 olub. Builki qrip mövsümündə virusun ən çox yayılma dövrü ötən ilin sonuncu həftəsinin axırında qeydə alınıb – 100 min sakinə 276 yoluxma halı. Yoluxma halları bu ilin ilk dörd həftəsində azalmağa başlayıb”.
Qeyd edək ki, Gürcüstanda bu günə qədər qrip virusundan 20 nəfər ölüb. Onların 19 nəfərinin “donuz qripi” adlandırılan A (H1N1) virusundan ölməsi laboratoriya şəraitində təsdiq olunub.
Son xəbərlər
21:51
Nazir: Cəzaçəkmə müəssisələrində 1100 məhkum sertifikatlaşmış peşə hazırlığına cəlb olunub
Daxili siyasət21:45
Fərid Əhmədov: Mövcud infrastrukturun yenilənməsi çərçivəsində yeni cəzaçəkmə müəssisələri tikilir
Daxili siyasət21:41
"Gəncə" komandası FIBA Avropa Kubokundakı ilk oyununda məğlub olub
Komanda21:38
Rubio: ABŞ və Avropa arasında əlaqələrin kəsilməsinə yol vermək olmaz
Digər ölkələr21:37
Fərid Əhmədov: Son 4 il ərzində ekspertizaya daxil olan işlərin sayında 45 % artım var
Daxili siyasət21:26
Ədliyyə sistemində institusional islahatlar və tətbiq edilən yeni yanaşmalar – ədliyyə naziri Fərid Əhmədovla geniş müsahibə
Daxili siyasət21:17
Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb
Digər ölkələr21:06
Vulin: Aİ-nin təzyiqinə görə Serb Tərəqqi Partiyasının seçki siyahısında yer almırıq
Digər ölkələr20:50