Gürcüstanda COVID-19-a 673 yeni yoluxma qeydə alınıb

Region
  • 30 mart, 2021
  • 06:46
Gürcüstanda COVID-19-a 673 yeni yoluxma qeydə alınıb

Gürcüstanda ötən sutkada daha 673 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 8 pasiyent vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 281 145-ə, ölənlərin sayı isə 3 773-ə çatıb.

Son 24 saat ərzində sağalanların sayı 298 nəfər artaraq 272 899 olub.

44 - Tezliklə