Gürcüstan və Türkmənistan prezidentləri nəqliyyat layihələrinin həyata keçirilməsini müzakirə edəcəklər
- 15 dekabr, 2014
- 05:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 15 dekabr. REPORT.AZ/ Gürcüstan prezidenti Georgi Marqelaşvili rəsmi səfərlə Türkmənistanın paytaxtına gəlib. "Report" "Turkmenistan.ru"ya istinadən xəbər verir ki, Aşqabadda Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov və Gürcüstan prezidenti Georgi Marqelaşvili arasında danışıqlar baş tutacaq.
Dövlətlərarası əməkdaşlığın əsas istiqamətləri ilə yanaşı ali səviyyədə görüşün gündəliyinə qarşılıqlı maraq kəsb edən beynəlxalq və regional siyasətin bir sıra aktual məsələləri daxil edilib. Prezidentlərin nəqliyyat sektorunda irimiqyaslı infrastruktur layihələrin, o cümlədən Avropa-Qafqaz-Asiya (TRASEKA) nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsi, Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə tranzit-nəqliyyat dəhlizinin yaradılmasının müzakirəsi nəzərdə tutulub.
Aşqabad danışıqlarının yekunlarına görə ikitərəfli sənədlər paketinin imzalanması gözlənilir.