Gürcüstan və Ermənistan Müdafiə Nazirlikləri əməkdaşlıq planı imzalayıblar

Region
  • 17 yanvar, 2015
  • 07:55
Gürcüstan və Ermənistan Müdafiə Nazirlikləri əməkdaşlıq planı imzalayıblar

Bakı. 17 yanvar. REPORT.AZ/ Ermənistan müdafiə nazirinin müavini David Tonoyanın rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana rəsmi səfər edib. "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, səfər zamanı nümayəndə heyətini  Gürcüstanın müdafiə nazirinin müavini Levan Qirşiaşvili qəbul edib. Görüşdə müdafiə sahəsində ikitərəfli münasibətlərin inkişaf perspektivləri, regional təhlükəsizlik problemləri müzakirə olunub. 

Görüşün yekunlarına görə tərəflər 2015-ci il üçün ikitərəfli əməkdaşlıq planını imzalayıb.