Gürcüstan prezidenti: “Antiterror əməliyyatrları barədə cəmiyyətə doğru məlumat yayan bütün KİV-lərə təşəkkür edirəm”

Region
  • 24 noyabr, 2017
  • 08:21
Gürcüstan prezidenti: “Antiterror əməliyyatrları barədə cəmiyyətə doğru məlumat yayan bütün KİV-lərə təşəkkür edirəm”
Report

Tbilisi. 24 noyabr. REPORT.AZ/ “Gürcüstanda keçirilən antiterror əməliyyatları barədə cəmiyyətə, beynəlxalq ictimaiyyətə ətraflı, doğru və qərəzsiz məlumat verən bütün kütləvi informasiya vasitələrinə təşəkkür edirəm”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili noyabrın 24-də antiterror əməliyyatlarını şərh edərkən deyib.

Gürcüstan dövlətinin başçısı deyib ki, terror bütün ölkələr üçün təhlükə mənbəyidir: "Biz terroru qətiyyətlə pisləyirik. Hesab edirəm ki, terrora qarşı birgə mübarizə aparmalıyıq".

G.Marqvelaşvili antiterror əməliyyatı zamanı həlak olan xüsusi təyinatlının ailəsinə bir daha başsağlığı verib, yaralananlara şəfa diləyib.

O, bir daha, KİV nümayəndələrinə antiterror əməliyyatlarını ətraflı, doğru və qərəzsiz işıqlandırdıqlarına görə minnətdarlıq edib.

44 filmi