Gürcüstan parlamentində deputatlar arasında dava düşüb
Region
- 14 may, 2024
- 09:27
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstan parlamentində deputatlar arasında dava düşüb.
"Report"un yerli bürosu xəbər verir ki, parlamentin plenar sessiyasında deputatlar bir-birinə fiziki güc tətbiq ediblər.
Belə ki, hakim “Gürcü Arzusu” partiyasının deputatı Dmitri Samxaradze plenar iclasda “Milli Hərəkat” partiyasının sədri Levan Xabeişviliyə şifahi etiraz edib. Sonra müxalifətçi deputata qarşı fiziki zorakılıq tətbiq edilib, lakin deputatlar bunun qarşısını alıblar. Bundan sonra Samxaradze Xabeişvilini söyüb. Ardınca deputatlar arasında fiziki qarşıdurma başlayıb.
Qeyd edək ki, bu gün Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Son xəbərlər
06:27
Politico: ABŞ Rusiyaya Ukraynaya NATO modelində təhlükəsizlik zəmanətləri verməyi təklif edib
Digər ölkələr
05:56
Alimlər infarktdan sonra ürək toxumasını bərpa edəcək terapiya hazırlayıblar
Sağlamlıq
05:25
ABŞ-yə Rusiya dizeli daşıyan tankerlər marşrutlarını dəyişiblər
Digər ölkələr
04:54
Karik "Mançester Yunayted"in baş məşqçisi vəzifəsindən qovula bilər
Futbol
04:15
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır
Digər ölkələr
03:41
Britaniyalı yazıçı 81 yaşında Buker mükafatına layiq görülüb
Digər ölkələr
03:23
UFC rəhbəri Trampın mətbuat katibi olmaq təklifini rədd edib
Digər ölkələr
02:40
İran ABŞ-ı danışıqlarla bağlı saxta xəbərlər yaymaqda ittiham edib
Region
02:26
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
Digər ölkələr