Gürcüstan parlamenti hökuməti Avrointeqrasiyanı aktivləşdirməyə çağırıb

Region
  • 07 mart, 2022
  • 14:12
Gürcüstan parlamenti hökuməti Avrointeqrasiyanı aktivləşdirməyə çağırıb

Gürcüstan parlamenti hökuməti Avropaya inteqrasiya istiqamətində səylərini fəallaşdırmağa çağırıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə qanunverici orqanın büro iclasında qeydə alınmış qətnamə layihəsində bildirilib.

Sənəddə parlament həmçinin Avropa İttifaqına (Aİ) üzv ölkələri və təsisatları Gürcüstanın Aİ-yə daxil olmasının sürətləndirilməsi üçün labüd addımları atmağa çağırıb.

Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili martın 3-də Aİ-yə üzvlüklə bağlı müraciət imzalayıb. Sənədi Gürcüstanın Aİ-dəki nümayəndəliyinin rəhbəri Vaxtanq Maxaroblişvili ittifaqın hazırkı sədri Fransanın səfiri Filipp Leqliz-Kosteyə təqdim edib.