Gürcüstan Ordusunda xidmət edən azərbaycanlı hərbçilərə iki günlük istirahət verilib
Region
- 11 sentyabr, 2016
- 14:54
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Tbilisi. 11 sentyabr. REPORT. AZ/ Qurban bayramı ilə əlaqədar Gürcüstan Ordusunda xidmət edən azərbaycanlılar da daxil olmaqla bütün müsəlman hərbçilərə iki günlük istirahət verilib.
Bunu “Report”un Gürcüstan bürosuna açıqlamasında Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Bekler Kamaşidze deyib.
Müfti bildirib ki, Gürcüstanın baş naziri Qurban bayramı münasibəti ilə orduda İslam dininə etiqad edən hərbçilərin iki gün müddətinə xidmətdən azad edilməsi barədə Müdafiə Nazirliyi qarşısında təşəbbüslə çıxış edib.
“Nazirlik bu təşəbbüsü müsbət qarşılayıb və Gürcüstanın müdafiə nazirinin əmri ilə İslam dininə etiqad edən bütün əsgərlər iki günlüyünə hərbi xidmətdən azad ediliblər”, - deyə Kamaşidze vurğulayıb.
Son xəbərlər
10:40
Buzovnada 2 yaşlı qız su kanalında boğularaq ölüb
Hadisə
10:40
Türkiyədə iş yerinə atəş açılıb, 5 nəfər həbs edilib
Region
10:37
Qubadakı yolda sürüşmə risklərinin azaldılması üçün kompleks tədbirlər həyata keçirilir
İnfrastruktur
10:34
Nazir: "Süni intellekt fəaliyyətin keyfiyyət və operativliyini artıracaq"
İKT
10:34
İnqilab Əhmədov: "Rəqəmsallaşma həyata keçirilən islahatların ən vacib istiqamətidir"
Maliyyə
10:32
Gələn il Azərbaycanda 40-dan çox dövlət müəssisəsi büdcəyə dividend ödəyəcək
Maliyyə
10:31
Yaponiya XİN: Azərbaycan bizim dəyərli tərəfdaşımızdır
Xarici siyasət
10:28
Sahil Babayev: "Xəzinə ödənişlərinin müddəti 2 saata endiriləcək"
Maliyyə
10:23
Azərbaycanda 3 milyard manatdan çox dövlət satınalma müqaviləsi elektron imzalanıb
Maliyyə