Gürcüstan Hava Naviqasiya Xidməti: Türkiyə təyyarəsi həyəcan siqnalı vermədən radarlardan itib
Region
- 11 noyabr, 2025
- 17:11
Gürcüstan ərazisini keçdikdən bir neçə dəqiqə sonra Türkiyəyə məxsus "C-130" tipli hərbi təyyarə həyəcan siqnalı vermədən Gürcüstan Hava Naviqasiya Xidmətinin (GASA) radarlarından itib.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə məlumatı ölkənin Hava Naviqasiya Xidməti yayıb.
Qurumun açıqlamasına görə, təyyarə ilə əlaqə qəfil kəsilib və hadisədən dərhal sonra müəyyən olunmuş protokollara əsasən axtarış-xilasetmə əməliyyatlarına başlanılıb.
"Gürcüstan ərazisini keçdikdən bir neçə dəqiqə sonra Türkiyənin "C-130" təyyarəsi həyəcan siqnalı vermədən radarlarımızdan itib. Hadisədən sonra Gürcüstan Hava Naviqasiya Xidməti tərəfindən müəyyən edilmiş axtarış-xilasetmə tədbirləri həyata keçirilməyə başlanıb", – məlumatda qeyd olunur.
Son xəbərlər
19:25
Azərbaycan karateçisi İslamiadada bürünc medal qazanıb
Fərdi19:04
Cevdet Yılmazla Azərbaycan Baş naziri arasında telefon danışığı olub
Xarici siyasət18:58
Kəmaləddin Heydərov Türkiyənin daxili işlər nazirinə başsağlığı verib
Daxili siyasət18:57
Gürcüstanın daxili işlər naziri təyyarənin qəzaya uğradığı ərazidədir
Region18:53
Türkiyə və Gürcüstan XİN başçıları təyyarə qəzası barədə müzakirə aparıblar
Region18:39
Ermənistan və Danimarka əməkdaşlıq müqaviləsi imzalayıblar
Region18:34
Nümayəndəlik: Azərbaycan-NATO tərəfdaşlığının müsbət inkişafından məmnunuq
Xarici siyasət18:32
Azərbaycan FHN ehtiyac yaranacağı halda Gürcüstanda xilasetmə əməliyyatlarına cəlb ediləcək
Daxili siyasət18:24