Gürcü akademik: “Azərbaycanlılar arasında gürcü dilində sərbəst ünsiyyət quranların sayı artır”
- 17 mart, 2021
- 10:11
Yeniliklərdən dərhal xəbərdar olun!
“Sevindirici haldır ki, Gürcüstanda yaşayan etnik azərbaycanlılar gürcü dilini intensiv şəkildə öyrənirlər”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Milli Elmlər Akademiyasının (GMEA) müxbir üzvü, akademik Ramaz Xurodze Azərbaycan-Gürcüstan münasibətləri mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, azərbaycanlılar arasında gürcülərlə gürcü dilində sərbəst ünsiyyət qurmağı bacaranların sayı artır.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev akademikin çıxışına şərhində deyib ki, yerli azərbaycanlılar gürcü dilinə böyük maraq göstərirlər: “Soydaşlarımız anlayır ki, dövlət dili olan gürcü dilinə yiyələnmədən vətəndaş cəmiyyətinə tam inteqrasiya mümkün deyil. Gürcüstan azərbaycanlıları inteqrasiyaya hədəfləniblər və gürcü cəmiyyətinin də bunu müsbət qarşılaması böyük məmnunluq doğurur”.