FTX direktoru: "İŞİD Rusiyada terror aktları hazırlayır"

Region
  • 11 aprel, 2017
  • 08:36
FTX direktoru: İŞİD Rusiyada terror aktları hazırlayır

Bakı. 11 aprel. REPORT.AZ/ Rusiya Federal Təhlükəsizlik Xidmətində İŞİD terror təşkilatının liderlərinin ölkə ərazisində terror aktları hazırlaması ilə bağlı məlumat var.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə FTX-nin direktoru Aleksandr Bortnikov bildirib.

O, terrorçuların ölkə ərazisinə girişinin qarşısını almaq üçün sərhəd nəzarəti üzrə əlavə tədbirlər lazım olduğunu vurğulayıb.

Sankt-Peterburq metrosundakı terror hücumu barədə danışan FTX direktoru qeyd edib ki, hazırda terror qruplaşmalarının qanadlarının 8 üzvü - 6-sı Sankt-Peterburqda, 2-si Moskvada - saxlanılıb.