Rusiyanın Parisdəki səfiri Fransa XİN-ə çağırılıb

Region
  • 07 may, 2024
  • 11:27
Rusiyanın Parisdəki səfiri Fransa XİN-ə çağırılıb

Rusiyanın Parisdəki səfiri Aleksey Meşkovu Fransa Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Frans Press” (AFP) agentliyi məlumat yayıb.

Fransa XİN səfirin diqqətini Rusiyanın dezinformasiya kampaniyasına yönəltmək niyyətində olduqlarını açıqlayıb.