​Fransa Moskvadakı bayram tədbirinə qatılacaq rəsmisinin adını açıqlayıb

Region
  • 06 may, 2015
  • 09:49
​Fransa Moskvadakı bayram tədbirinə qatılacaq rəsmisinin adını açıqlayıb

Bakı. 6 may. REPORT.AZ/ Mayın 9-da Moskvada Qələbənin 70 illiyi ilə bağlı keçiriləcək tədbirdə Fransa xarici işlər naziri səviyyəsində təmsil olunacaq.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu haqda Fransanın Rusiyadakı səfirliyi "twitter" səhifəsində yazıb.

Bayram tədbirində ölkəni Fransanın xarici işlər naziri Loran Fabius təmsil edəcək.

Həmin tədbirə Fransanın prezidenti Fransua Olland qatılmayacaq.