Baş nazir: ABŞ ilə ticarət müharibəsi Slovakiyada 20 minə yaxın iş yerini təhlükə altına qoya bilər

Region
  • 26 may, 2025
  • 12:53
Baş nazir: ABŞ ilə ticarət müharibəsi Slovakiyada 20 minə yaxın iş yerini təhlükə altına qoya bilər

ABŞ ilə ticarət müharibəsinin gərginləşməsi Slovakiyada təxminən 20 min iş yeri üçün təhlükə yarada bilər.

“Report” erməni mənbələrə istinadən xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso “Yerevan Dialogue” beynəlxalq konfransının açılışında çıxışı zamanı bildirib.

O vurğulayıb ki, avtomobil sənayesi Slovakiya iqtisadiyyatının əsasını təşkil edir. Bu səbəbdən Slovakiya azad ticarətdə maraqlı olan ölkələrlə ticarət əlaqələrini gücləndirməli və ixrac istiqamətlərini şaxələndirməlidir.

"Mən dünyanın bir çox ölkələrinə səfərlər edir və Asiya, Afrika və ya Cənubi Amerikadakı tərəfdaşlarımızla münasibətlərə sərmayə qoymaq üçün əlimdən gələni edirəm. Biz Koreya Respublikası və Çin Xalq Respublikası ilə münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə qaldırır, Hindistan, İndoneziya, Yaponiya və Vyetnamla münasibətlərimizin gücləndirilməsi üzərində işləyirik", - baş nazir qeyd edib.

44 filmi