Fevralda Ankarada törədilən terrorun təşkilatçısı öldürülüb

Region
  • 01 iyul, 2016
  • 07:07
Fevralda Ankarada törədilən terrorun təşkilatçısı öldürülüb

Bakı. 1 iyul. REPORT.AZ/ Bu il fevralın 17-də Ankarada Dövlət Məhəlləsində hərbçilərin xidməti avtomobillərinə hücumun təşkilatçısı olan Mehmet Şirin Kaya adlı terrorçu öldürülüb. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, "Şirin" kod adlı terrorçu ölkənin Diyarbəkir əyalətinin Lice rayonunda keçirilən antiterror əməliyyatı nəticəsində məhv edilib.

Qeyd edək ki, bu il fevralın 17-də o, bomba qurşadırılmış maşınla hərbçilərin avtomobil karvanına hücumun təşkilatçısı olub. Həmin terror nəticəsində 29 nəfər ölüb, 61 nəfər yaralanıb. 

Mehmet Şirin Kaya terrorçu PKK qruplaşmasının üzvlərindən olub.