Ermənistanda İkinci Qarabağ müharibəsindən sonrakı etirazlarla bağlı cinayət işi bağlanır

Region
  • 09 noyabr, 2023
  • 06:52
Ermənistanda İkinci Qarabağ müharibəsindən sonrakı etirazlarla bağlı cinayət işi bağlanır

Ermənistanda 3 illik istintaqdan sonra 9 noyabr iğtişaşlarının 10-dan çox iştirakçısına qarşı açılan cinayət işi bağlanır.

“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Bildirilib ki, buna səbəb dəlil çatışmazlığıdır.

Qeyd edək ki, 2020-ci ilin noyabrında 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistan kapitulyasiya aktını imzalayıb. Bundan sonra İrəvanın mərkəzi küçələrində iğtişaşlarla müşayiət olunan etirazlar başlamışdı. Etirazçılar parlament binasına soxularaq ovaxtkı spiker Ararat Mirzoyanı döymüşdülər.