Ermənistanın yeni parlamentinin ilk iclasının keçiriləcəyi tarix açıqlanıb

Region
  • 12 dekabr, 2018
  • 14:13
Ermənistanın yeni parlamentinin ilk iclasının keçiriləcəyi tarix açıqlanıb

Bakı. 12 dekabr. REPORT.AZ/ Ermənistanın yeni parlamentinin ilk iclası 2019-cu il yanvarın 7-də olacaq.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın başçılıq etdiyi “Vətəndaş Razılaşması” blokunun Mərkəzi Seçki Komnissiyasındakı nümayəndəsi Vaaqa Oavakimyan bildirib.

Onun sözlərinə görə, komissiya dekabrın 16-da növbədənkənar parlament seçkilərinin yekun nəticələrini açıqlayacaq: “Seçkilərin nəticələrindən Mərkəzi Seçki Komissiyasının qərarı açıqlandıqdan 5 gün sonra şikayət edilə bilər”.

Qeyd edək ki, dekabrın 9-da Ermənistan parlamentinə seçkilər keçirilib.