Ermənistanın “silah baronu” saxlanılıb
Region
- 01 fevral, 2021
- 07:58
Ermənistanın Milli Təhlükəsizlik Xidməti “Patron Davo” ləqəbli iş adamı David Qalstyanı saxlayıb.
“Report“ “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, məlumatı qurumun Mətbuat xidməti yayıb.
Bildirilib ki, o, Ermənistan Müdafiə Nazirliyinə köhnə və yararsız mərmi tədarük etməkdə ittiham olunur. Məlumata görə, “Patron Davo”nun şirkəti nazirliyə 1983-1986-cı illərdə istehsal olunan topların yerinə 1977-ci ildə Çexiyada istehsal olunan eyni təyinatlı hərbi texnika satıb.
İnformasiyaya əsasən, “silah baronu” sayılan David Qalstyan dövlətə 523 milyon dram (1,08 milyon ABŞ dolları) məbləğində maddi ziyan vurub.
Qeyd edək ki, bir müddət əvvəl MTX David Qalstyan barəsində cinayət işi başladığına dair məlumat yayılmışdı.
Son xəbərlər
12:26
Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib
Digər12:26
Zaur Paşayev "Naxçıvan" klubunun məşqçisi təyin olunub
Futbol12:24
Şahbaz Şərif oktyabrda Azərbaycana səfər edəcək - EKSKLÜZİV
Xarici siyasət12:21
Kiyevə dron hücumu zamanı 4 yanacaqdoldurma məntəqəsi vurulub
Digər ölkələr12:16
Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri Qarabağ Universitetini ziyarət etmək istəyirlər
Daxili siyasət12:15
Məleykə Abbaszadə: Monitorinqlərin nəticələri son 10 ildə şagirdlərin savadlılığının artdığını göstərir
Elm və təhsil12:14
Manuel Noyer UEFA Çempionlar Liqası tarixinin ən yaşlı almaniyalı futbolçusu olub
Futbol12:10
Foto
Azərbaycan-Türkiyə Enerji Forumu tərəfdaşlığı zənginləşdirən mühüm platformadır - YENİLƏNİB
Energetika12:07