Ermənistanın maliyyə naziri və Dünya Bankının nümayəndəsi dövlət-özəl tərəfdaşlığını müzakirə edib

Region
  • 15 sentyabr, 2025
  • 19:29
Ermənistanın maliyyə naziri və Dünya Bankının nümayəndəsi dövlət-özəl tərəfdaşlığını müzakirə edib

Ermənistanın maliyyə naziri Vahe Ovanisyan Dünya Bankının inkişafın maliyyələşdirilməsi üzrə vitse-prezidenti Akihiko (Aki) Nisio ilə görüşüb.

"Report"un Ermənistan mediasına istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Maliyyə Nazirliyindən bildirilib.

Məlumata görə, görüş Ermənistanla Dünya Bankının Beynəlxalq İnkişaf Assosiasiyası arasında təxminən 30 illik tərəfdaşlıq tarixinə həsr olunub.

Tərəflər Ermənistan hökuməti, Dünya Bankı və özəl sektorun dəstəyi ilə həyata keçirilən layihələri müzakirə ediblər.

Qeyd olunub ki, İrəvan tərəfdaşlığın əvvəlindən ilk dəfə olaraq yardım alan deyil, donor ölkə qismində çıxış edib. Ermənistan Beynəlxalq İnkişaf Assosiasiyasının resurslarının artırılması üçün təxminən 1 milyon ABŞ dolları ayırıb.

"Biz öz nümunəmizlə göstərmək istəyirik ki, dəstək alan ölkə düzgün və ardıcıl iş nəticəsində donor ölkəyə də çevrilə bilər", - V.Ovanisyan bildirib.

Öz növbəsində, A.Nisio vurğulayıb: "Ermənistanın qərarı sadəcə maliyyə öhdəliyi deyil, ümid və həmrəyliyə sərmayədir".

Son xəbərlər

Bütün Xəbər Lenti